|
Hacıqabul gölü qurumaq üzrədir |
|
Montag, 01 September 2008 |
|
Hacıqabul gölü qurumaq üzrədir
Azərbaycanın ən böyük göllərdən olan Hacıqabul gölü tam quruyaraq xəritədən silinib. Yerli ekoloqların APA-nın Mil-Muğan bürosuna bildirdiyinə görə, sahəsi 8,4 kv. km-dən çox olan gölün yaxın aylarda quruyacağı barədə proqnozlar artıq özünü doğruldub.
İyulun 29-da göldə monitorinq keçirən ekoloqlar bildiriblər ki, əvvəllər gölə yalnız Kür çayı daşanda su gəlib. Ancaq təbii axımın qarşısı alındığından SSRİ dövründə gölə nasoslarla su vurulub. Sonradan bu işlərin dayanması gölün susuz qalması ilə nəticələnib.
|
|
Daha ətraflı...
|
|
|
Azərbaycan nefti İranın vasitəsilə satılır |
|
Montag, 01 September 2008 |
|
Azərbaycan nefti İranın vasitəsilə satılır
Azərbaycan ötən həftədən başlayaraq İrandan sutkada 5-10 min barrel neft nəql edir. Bu barədə İranın Neft Terminalları şirkətinin icraçı direktoru Musa Souri PİN agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan nefti Bakıdakı Səngəçal limanından tenkerlərə vurulur və İranın Xəzərdəki Neka limamına çatdırılır. İran isə buna ekvivalent nefti Fars körfəzində dünya bazarlarına çıxararaq satır və pulunu Azərbaycana ödəyir.
Xəbər verildiyi kimi, Azərbaycan İrandan neft nəqli barədə Gürcüstandan keçən kəmərlərin bağlanmasından sonra düşünməyə başlayıb.
|
|
Daha ətraflı...
|
|
|
Dik Çeyninin Azərbaycan səfəri |
|
Montag, 01 September 2008 |
|
Dik Çeyninin Azərbaycan səfəri
ABŞ-ın vitse-prezidenti Dik Çeyninin Azərbaycan, Gürcüstan və Ukraynaya nəzərdə tutulan səfəri Vaşinqtonun bu postsovet ölkələri ilə əlaqələri dərinləşdirmək istəyini nümayiş etdirəcək.
Bu sözləri Çeyninin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Hanna deyib. Onun sözlərinə görə, səfərin əsas məqsədi Birləşmiş Ştatların dünyanın bu hissəsində təhlükəsizlik və sabitlikdə maraqlı olduğunu nümayiş etdirməkdir:
|
|
Daha ətraflı...
|
|
|
Türkiyədə bu gündən Rus məhsullarına embarqo |
|
Montag, 01 September 2008 |
|
Türkiyədə bu gündən Rus məhsullarına embarqo
Türkiyə bu gündən Rusiya istehsalı olan bəzi məhsulların ölkəyə idxalına qadağa tətbiq edir. Bu addım Rusiyanın türk mallarına embarqo qoymasına cavab olaraq atılır.
Türkiyənin xarici ticarət naziri Gürşad Tüzmən Rusiyanın türk mallarına qadağa qoymasından hər iki tərəfin zərər gördüyünü vurğulayıb. "Bu, qanunsuz addımdır. Türk məhsullarının ölkəyə idxalına problem yaradırlar. Bu addımdan həm türk ixracatçısı, həm rus idxalatçısı əziyyət çəkir.
|
|
Daha ətraflı...
|
|
|
Bakıda Xəzərin hüquqi statusuna dair müzakirələr aparılacaq |
|
Montag, 01 September 2008 |
|
Bakıda Xəzərin hüquqi statusuna dair müzakirələr aparılacaq
Sentyabrın 5-6-da isə Azərbaycan paytaxtında Xəzər məsələlərinə dair sammit baş tutacaq.
Sentyabrın 4-də Bakıda Xəzərin hüquqi statusuna dair konvensiyanın işlənməsi ilə bağlı beştərəfli xüsusi işçi qrupunun sayca 23-cü iclası keçiriləcək.
Sentyabrın 5-6-da isə Azərbaycan paytaxtında Xəzər məsələlərinə dair sammit baş tutacaq. Bu barədə Qazaxstanın Azərbaycandakı səfiri Serik Primbetov məlumat verib. Onun sözlərinə görə,
|
|
Daha ətraflı...
|
|
|
Ehud Olmert və Mahmud Abbas görüşüblər |
|
Montag, 01 September 2008 |
|
Ehud Olmert və Mahmud Abbas görüşüblər
İsrailin baş naziri Ehud Olmertlə Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasın görüşündə hər hansı sənəd imzalanmayıb və danışıqlarda hər hansı irəliləyişlə bağlı ciddi hərəkət müşahidə olunmayıb.
İsrailin baş naziri Ehud Olmert Qüds şəhərindəki iqamətgahında Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasla görüşüb. Sülh danışıqları ilə bağlı mövcud vəziyyətin müzakirə edildiyi görüşdən sonra Ehud Olmert bildirib ki, əgər sentyabr ayında partiyası yeni lider seçsə, o danışıqları dayandırmalı olacaq. Buna görə də hakimiyyəti dövründə İsrail-Fələstin münasibətlərində tarixi dönüşə nail olmağa çalışır.
|
|
Daha ətraflı...
|
|
|
Avropa enerji problemini çözməyə çalışır |
|
Montag, 01 September 2008 |
|
Avropa enerji problemini çözməyə çalışır
Sloveniyanın Bled şəhərində «Enerji və iqlim dəyişkənliyi» adlı üçüncü beynəlxalq starteji forumu öz işinə başlayıb.
Gürcüstandakı son hadisələrdən sonra Avropa Birliyi-Xəzər enerji dəhlizi məsələsi müzakir ediləcək.
İki gün davam edəcək forumun əsas mövzusu enerji məsələsidir. Belə ki, Gürcüstana Rusiyanın müdaxiləsindən sonra Avropa Birliyi üçün önəm daşıyan Xəzər enerji dəhlizinin təhlükə altında olması Qərbi narahat edir.
|
|
Daha ətraflı...
|
|
|
Abdulla Gülün İrəvana gedəcəyi qətiləşib |
|
Montag, 01 September 2008 |
|
Abdulla Gülün İrəvana gedəcəyi qətiləşib
Türkiyə prezidenti Abdulla Gülün Ermənistana getməsi qətiləşib. Bunu APA-nın Türkiyə bürosunun əməkdaşının Gülün İrəvana səfəri ilə bağlı sualını cavablandıran Türkiyənin xarici işlər naziri Əli Babacan təsdiqləyib.
Gürcüstanın xarici işlər naziri Eka Tkeşelaşvili ilə birlikdə İstanbulda mətbuat konfransı keçirən Ə. Babacan əməkdaşımızın Gülün İrəvana səfəri ilə bağlı sualını cavablandırarkən,
|
|
Daha ətraflı...
|
|
|
Qubadlı rayonunun işğalindan 15 il ötür |
|
Sonntag, 31 August 2008 |
|
Qubadlı rayonunun işğalindan 15 il ötür
Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 15 il ötür
Avqustun 31-i Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildiyi gündür. APA-nın məlumatına görə, ərazisi 826 kv/km olan Qubadlı 1993-cü il avqustun 31-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib.
|
|
Daha ətraflı...
|
|
|
İran nüvəsini Nigeriya ilə bölüşür |
|
Samstag, 30 August 2008 |
|
İran nüvəsini Nigeriya ilə bölüşür
İranın Nigeriyaya konkret hansı nüvə texnologiyalarını verəcəyi bəlli deyil. Amma hər iki tərəf sırf dinc məqsədli texnologiyalardan söhbət getdiyini vurğulayıblar.
Nigeriya nüvə texnologiyalarına yiyələnərək atom energetikasını inkişaf etdirmək istəyir. Bu işdə ona Tehran yardım edəcək. Bu barədə Nigeriyanın paytaxtı Abucada anlaşma imzalanıb.
İran nümayəndə heyətinin rəhbəri Məhəmməd Əli Zeyqəmi bildirib ki,
|
|
Daha ətraflı...
|
|
|
Samstag, 30 August 2008 |
|
ABŞ İranı vuracaq!
Hollandiya kəşfiyyatı, ABŞ-ın İranın nüvə obyektlərinə hücuma hazırlaşdığı haqda məlumat alıb.
ABŞ yaxın bir neçə həftə ərzində pilotsuz hərbi təyyarə ilə İranın nüvə obyektlərinə zərbə endirəcək. Bu barədə Hollandiyanın Daxili Təhlükəsizlik və Kəşfiyyat Xidməti AIVD-yə istinadən bu ölkənin aparıcı qəzetlərindən biri xəbər yayıb.
|
|
Daha ətraflı...
|
|
|
"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi ... |
|
Samstag, 30 August 2008 |
|
"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi.
Azərbaycan Respublikası öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi. Azərbaycan Respublikasının müstəqil dövlətə xas olan təsisatları - parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. Azərbaycan Respublikası bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də
|
|
Daha ətraflı...
|
|